Qurban Qurbanovun mətbuat konfransı Bakıda keçiriləcək
Avqustun 6-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Polşada "Dinamo”nun (Kiyev, Ukrayna) qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunqabağı mətbuat konfransı Bakıda baş tutacaq.
"Mediasport" xəbər verir ki, mütəxəssis media qarşısına avqustun 5-də “Azersun Arena”da çıxacaq.
Tədbir saat 11:45-də başlanacaq.
Qeyd edək ki, Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


