"Qurbanov həm Azərbaycan, həm də klub üçün çox böyük işlər görüb"
“Dinamo” futbolumuzun nəhəng klublarından biridir və komandanın əhəmiyyətli dərəcədə zəiflədiyini deməzdim. Çətin oyun gözləyirdim və elə də oldu. Sadəcə, həmin vaxt biz daha güclü idik".
"Mediasport" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Aleksey Kaşşuk deyib.
Karyerasında ilk dəfə Ukraynanın əsas milli komandasına dəvət alan vinger yerli həmkarlarımıza maraqlı açıqlamalar verib.
O, əvvəlcə "Qarabağ"ın cari mövsüm avrokubokların əsas mərhələsindən kənarda qalmasından danışıb:
"Həqiqətən də avrokuboklara düşə bilməmək hamımız üçün xoşagəlməz oldu. Çünki bunu çox istəyirdik. Bu, həm “Qarabağ”, həm də bütün Azərbaycan üçün çox vacibdir.
Nəzərə alaq ki, Azərbaycan idman aləmində “Qarabağ” sayəsində dünyada daha geniş tanınıb.
Hazırda komandada çoxlu dəyişiklik baş verib. Yeni futbolçuların uyğunlaşmağa ehtiyacı var idi və bu proses məhz avrokubokların təsnifat mərhələsinə təsadüf etdi.
Tədricən formamızı bərpa edirik, amma vəziyyət hələ də istədiyimiz kimi deyil. Çünki “Qarabağ” həmişə qalib gəlməli, azarkeşlərini sevindirməli və ən yüksək yerləri tutmalıdır.
Çempionat hələ yeni başlayıb, bir qədər geri qalırıq. İnanıram ki, özümü göstərəcə biləcəyik".
26 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanov və onun fəaliyyəti haqqında maraqlı məqamlara toxunub. Onun Azərbaycanda əfsanə olduğunu qeyd edib:
"Həm futbolçu, həm də məşqçi kimi əfsanədir. O, uzun illərdir klubun strukturunda çalışır. Dünya futbolunda çox az mütəxəssis bir komandada bu qədər uzun müddət qalır.
Ona görə də yalnız güc və sağlamlıq arzulaya bilərəm ki, bu baxımdan yeni rekordlar müəyyənləşdirsin. Qurbanov həm Azərbaycan, həm də klub üçün çox böyük işlər görüb.
O, sözün yaxşı mənasında əsl rəhbərdir. Böyük zəhməti sayəsində “Qarabağ”ı tamamilə başqa səviyyəyə qaldırıb. Əgər insan bu qədər il bir klubda çalışırsa, deməli, hər şeyi düzgün edir.
Nəticələr də bunu təsdiqləyir. “Qarabağ” on ildən çox ardıcıl olaraq avrokubokların qrup mərhələsində oynayıb. Bu, artıq adi və asan bir iş kimi görünməyə başlamışdı.
Amma əslində, hesablayın görək, komanda bunun üçün neçə təsnifat mərhələsindən keçməli olub. Bu, çox çətindir və böyük zəhmət tələb edir".
Kaşşuk ötən mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" səfərində həmyerlisi Anatoli Trubinə vurduğu qələbə qolunu yada salıb, "Qarabağ"ın tarixinə düşməsini xatırlayıb:
"Həm mənim, həm də bütün klub üçün çox əlamətdar gün idi. Heyətimizdə yalnız bir futbolçu əvvəllər Çempionlar Liqasında oynamışdı. Digərləri üçün bu, debüt idi.
Oyuna çox ciddi köklənmişdik. Bilirdik ki, bizi ciddi qəbul etmirlər və bu da üstünlüklərimizdən biri idi.
Oyunun başlanğıcı uğursuz alındı, amma geridönüş edə bildik. Həmin matç bizə çoxlu müsbət emosiyalar və xatirələr bəxş etdi.
Əvəzetmədən meydana çıxanda komandaya kömək etməyi çox istəyirdim. Hər şey sanki duman içində baş verirdi. O qolu vuranda ağzına qədər dolu stadionda tam sükut yarandı.
Hətta özümü itirdim. Oyundan sonra, əlbəttə, Trubin və Sudakovla söhbət etdik. Bir-birimizə uğurlar arzuladıq və formalarımızı dəyişdik. Onlar zarafatla hey soruşurdular: “Niyə məhz sən?!” Nə deyim, deməli, belə olmalı imiş (gülür)".

