"Bizim klublar "Qarabağ"dan güclüdür" - Aleksandr Mostovoy
Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Mostovoy "Qarabağ" haqda açıqlaması ilə diqqəti çəkib.
"Mediasport" xəbər verir ki, veteran hücumçu "Sovetski sport"a açıqlamasında Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu deyib.
O, təmsilçimizin UEFA Çempionlar Liqasında çıxışına toxunub:
"Əminəm ki, "Zenit" 15-16 legionerlə Çempionlar Liqasının indiki formatında pley-offa vəsiqə qazanardı. Həmçinin ÇSKA da raundu keçərdi.
Bizim komandalar "Qarabağ" və "Kayrat"dan güclüdür. Sadəcə, üzərində işlənməli bəzi məqamlar var".
Xatırladaq ki, "Qarabağ" Liqa mərhələsində 10 xalla 22-ci yeri tutaraq tarixində ilk dəfə pley-offa yüksəlib, Qazaxıstan çempionu isə 1 xalla sonuncu - 36-cı olub.
