"Əsas məqsədimiz C Liqasına qayıtmaqdır" - Ayxan Abbasov
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik".
"Mediasport" xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis UEFA Millətlər Liqasında yeni mövsümün püşkatmasını dəyərləndirib:
"Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.
