Qurbanlı cari mövsüm bir daha meydana çıxa bilməyəcək

AFFA İntizam Komitəsi “Qusar”ın futbolçusu Orxan Qurbanlıya sərt cəza verib.
"Mediasport" xəbər verir ki, buna səbəb 2-ci Liqada yarışan komanda üzvünün 23-cü turun “Göygöl”lə səfər matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması olub.
Qurbanlı 4 oyunluq cəza alıb, klubu 300 manat cərimə olunub.
Mövsümün sonuna 3 tur qaldığı üçün Orxan liqanın qalan görüşlərində meydana çıxmayacaq.
Futbolçu gələn mövsümün ilk turunu da buraxacaq.