Azərbaycan çempionu "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi

Azərbaycan çempionu "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi

Yeni mövsümdə futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Xankəndi" daha bir futbolçunun transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, ötən mövsüm Region Liqasının qalibi olan klub müdafiəçi İlyas Səfərzadəni heyətinə qatıb.

29 yaşlı futbolçu karyerası ərzində "Xəzər Lənkəran", "Kəpəz", "Qarabağ", "Xan Lənkəran", "Şahdağ Qusar" və "Füzuli"də də forma geyinib.