Rahid Əmirquliyevə Azərbaycan klubunda vəzifə verildi - RƏSMİ

Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyevə "Şahdağ Qusar" klubunda vəzifə verilib.
"Mediasport" xəbər verir ki, veteran futbolçu ötən mövsüm Azərbaycan 2-ci Liqasında çempion olmuş klubun rəhbəri təyin edilib.
Eyni zamanda, o, komandada futbolçu kimi karyerasını davam etdirəcək.
2-ci Liqada çempion olduqdan sonra heyəti tamamilə yola salan şimal təmsilçisi 2025-26 mövsümünə yeni heyətlə start verəcək.
View this post on Instagram