"Turan Tovuz" Türkiyədə Mərakeş komandası ilə matçda məğlub oldu

2025-26 mövsümünə hazırlığını davam etdirən "Turan Tovuz" Türkiyədə sonuncu yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Mərakeşin "Vidad" komandasına uduzub - 0:1.
Beləliklə, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv toplanışı qələbəsiz başa vurub.
Xatırladaq ki, "Turan Tovuz" Türkiyədə keçirdiyi yoxlama matçlarında "Çorum" (1:1) və "Keçiörəngücü" (0:0) ilə bərabərə qalıb, "Flamurtari"yə uduzub (0:1).