Əfran İsmayılov Premyer Liqa klubunda vitse-prezident oldu
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılovun yeni iş yeri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, o, "Şəfa"nın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Əfran İsmayılov buna qədər "Araz-Naxçıvan"da məşqçi kimi fəaliyyət göstərib.
"Şəfa" 2025/2026 mövsümündə 1-ci Liqanı çempion kimi başa vuraraq Premyer Liqaya vəsiqə qazanıb.


