"Real" Madrid derbisini qazandı, "Arsenal" PSV-ni darmadağın etdi

"Real" Madrid derbisini qazandı, "Arsenal" PSV-ni darmadağın etdi

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.

"Arsenal" Niderland səfərində PSV-nin daşını daş üstdə qoymayıb.

Madrid derbisini isə "Real" qazanıb.

Digər 4 qarşılaşma bu axşam baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3

"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7

"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) 2:1