UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Türkiyənin yarışdakı təmsilçisi "Qalatasaray" yenidən "Liverpul"la üz-üzə gələcək.

Bu Komandalar Liqa mərhələsində də qarşılaşıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/8 final


PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Real" M. (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

"Budö Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

"Bayer" (Almaniya) - "Arsenal" (İngiltərə)