UEFA Çempionlar Liqasında 1-ci mərhələ 4 matçla yekunlaşdı
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniyada Moldovanın "Petrokub" komandasını darmadağın edib.
Əliyev Azərbaycanda hərbi xidmətlə bağlı çətinliklərlə üzləşdiyi üçün klubunun düşərgəsinə qoşulmayıb.
Qazaxıstanın yarışda təmsilçisi "Kayrat" isə Monteneqro səfərində qələbə qazanaraq mərhələ adlayıb.
Xatırladaq ki, turun digər qarşılaşmaları srağagün baş tutub.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları
"Universitatya" (Krayova, Rumıniya) - "Vitebsk" (Belarus) 1:0 ilk oyun - 4:1
"Atert Bissen" (Lüksemburq) - "Klaksvik" (Farer adaları) 1:2 ilk oyun - 1:2
Eqnatiya (Albaniya) - "Petrokub" (Moldova) 6:1 ilk oyun - 1:1
"Sutyeska" (Monteneqro) - "Kayrat" (Qazaxıstan) 0:2 ilk oyun - 1:2


