Rəşad Sadıqov 5 futbolçunu göndərdi - "Təmizləmə əməliyyatı"
“Zirə” heyətdə "təmizləmə əməliyyatı"na başlayıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun ümidlərini doğrultmayan 5 futbolçu yola salınıb.
Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikelslə klub arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.
Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəyə də ehtiyac duyulmayıb.
Xatırladaq ki, daha bir mövsümü uğursuz keçirən qəsəbə təmsilçisi Premyer Liqanı 5-ci sırada tamamlayaraq avrokuboklara vəsiqə qazana bilməyib.


