"Qarabağ"ın futbolçusu növbəti mövsüm "Qəbələ"də oynayacaq

"Qarabağ"ın yeni mövsümdən Premyer Liqada legioner limitinin ləğvindən dolayı yayda ciddi heyət dəyişikliyinə gedəcəyi gözlənilir.
"Mediasport"a verilən məlumata görə, Ağdam klubu yüksək maaşa oynayan azı 3 yerli futbolçusu ilə vidalaşacaq.
Onlardan biri Bəhlul Mustafazadədir. Azərbaycan yığmasının üzvünün yeni mövsümə "Qəbələ"də başlayacağı gələn xəbərlər sırasındadır.
Məlumata görə, bölgə təmsilçisinin yetirməsi 2016-2019-cu illərdə formasını geyindiyi doğma klubunda icarə əsasında çıxış edəcək.
Tərəflər arasında ilkin razılığın ələ olunduğu bildirilir.
28 yaşlı müdafiəçinin "köhlən atlar"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.