Liverpulda başlanan yol Azərbaycanda davam edəcək

Liverpulda başlanan yol Azərbaycanda davam edəcək

Premyer Liqaya hazırlaşan "Karvan" növbəti transferini həyata keçirib.

"Mediasport" xəbər verir ki, Yevlax klubu Şri Lanka millisinin üzvü Samuel Dürrantı transfer edib.

23 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi karyerasına İngiltərədə - Liverpulda başlayıb, yolu "Everton" və "Liverpul" akademiyalarından düşüb.

İlk peşəkar müqaviləsini 2018-ci ildə "Bləkbörn"lə bağlayıb. 2022-ci ildə "Şeffild Uenzdey"ə keçib.

Daha sonra İrlandiyada “Dandolk” və Uelsdə “Nomads”ın formasını geyinib.

O, ötən ildən dəvət aldığı yığmada 9 oyun keçirib.