Nəriman Axundazadə ABŞ klubunda ilk rəsmi oyununa çıxdı

Nəriman Axundazadə ABŞ klubunda ilk rəsmi oyununa çıxdı

ABŞ-nin futbol üzrə yüksək Liqası MLS-də 5-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası "Kolumbus Kryu" səfərdə "Toronto" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Axundzadə 88-ci dəqiqədə meydana çıxmaqla debüt edib. O, MLS-də oynayan ilk azərbaycanlı olub.

Aktivində 2 xalı olan Kolumbus təmsilçisi turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.