"Qarabağ" rəhbərliyi, məşqçilər və futbolçular Qarabağa yollandılar

"Qarabağ" Futbol Klubunun Qarabağ bölgəsinə səfəri başlayıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin doğma rayonu ilə yanaşı, Şuşa, Xankəndi və Füzuli sakinləri ilə də görüşü baş tutacaq.
Komanda ilk olaraq Füzuli hava limanına eniş edib. Səfərdə klub rəhbərliyi, məşqçilər, futbolçular və Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak edirlər.
Baş məşqçi Qurban Qurbanov və klub nümayəndələri Şuşa stadionunda azarkeşlərlə görüşəcəklər.
Ardınca Xankəndiyə yollanacaq komanda Qarabağ Universitetində tələbələrlə tanış olacaq.
Daha sonra dayanacaq doğma Ağdam olacaq. Klub şəhər sakinləri ilə görüşəcək və "İmarət" Kompleksinə baxış keçiriləcək.
Sonda isə “köhlən atlar”ın Füzuliyə qayıdaraq şəhər mərkəzində yerli sakinlərlə görüşü və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə tanışlığı nəzərdə tutulub.