"Sabah" Bakıda "Borussiya" Dortmundla üz-üzə - YENİLƏNİR
UEFA Çempionlar Lqiasında təmsilçimiz "Sabah" bu gün Liqa mərhələsində 3-cü tur oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Bakıda Almaniya nəhəngi "Borussiya" Dortmundla qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İspaniyadan olan hakimlər idarə edəcəklər.
Xatırladaq ki, təmsilçimiz ilk iki turda İngiltərədə "Mançester Yunayted"ə uduzub (0:4), Bakıda isə "Slaviya"nı (Çexiya) məğlub edib (2:0).
Dortmund klubu Norveçdə "Budö-Qlimt"lə bacarmayıb (0:1), Almaniyada "Vilyarreal"dan üstün olub (3:2).
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 3-cü tur
20:45. "Sabah" (Azərbaycan) - "Borusiyya" Dortmund (Almaniya)
Baş hakim: Xavyer Alberola Roxas
Yan xətt hakimləri: Alfredo Rodriges Moreno, Karlos Alvares Fernandes
Dördüncü hakim: Viktor Qarsiya Verdura
VAR: Sesar Soto Qrado
AVAR: Valentin Qomes
Bakı Olimpiya Stadionu.

