"Qarabağ"ın "Benfika" zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!" - UEFA-dan paylaşım

UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı paylaşım edib.
"Mediasport" xəbər verir ki, paylaşımda mütəxəssisin "Benfika" ilə oyunun nəticəsini çevirərək qələbə qazanmasına işarə olunub.
Paylaşımda "Qarabağ"ın zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!" sözləri yazılıb.
Qeyd edək ki, Azərbaycan çempionu ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində "Benfika" üzərində möhtəşəm geridönüşlə qalib gəlib - 3:2.