“Qarabağ”ın 11 futbolçusu millidə

“Qarabağ”ın 11 futbolçusu millidə

“Qarabağ”ın 11 futbolçusu U-17-yə dəvət alıb.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, akademiyadan Oqtay Mehrəliyev, Cavidan Babayev, Vaqif Nəbiyev, Uğur Qurbanlı, Roman Fərzəli, Mehdi Hüseyn, Ömər Fətəliyev, Əhəd Hacızadə, Davud Abullayev, Tunar Bayramov və Daniil Rəcəbov heyətə cəlb olunublar.

Onlar iyunun 23-dən iyulun 2-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Millimiz toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları keçirəcək.