Azərbaycan millisindən dünya çempionatında növbəti qələbə
Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda ikinci görüşdə Andorra yığmasını məğlub edib - 1:0.
Komandamız bu gün növbəti matçını saat 19:30-da Avstraliya futbolçularına qarşı keçirəcək.
U-15 turnirdə ilk oyununda Timor-Leste yığmasını 6 cavabsız qolla üstələyib.
Xatırladaq ki, DÇ oktyabrın 30-da başa çatacaq.
Komandamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.

