"Sabah" ilk oyunda heç-heçə etdi
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" ilk yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, "bayquşlar"ın Rumıniyanın "Universitatya Krayova" klubu ilə qarşılaşması heç-heçə ilə bitib - 1:1.
Azərbaycan çempionu iyunun 28-də Macarıstanın "Ferensvaroş", iyulun 2-də isə Ukraynanın "Polessye" kollektivi ilə üz-üzə gələcək.


