İspaniya yığması Fransa ilə üz-üzə - UEFA Millətlər Liqasında 1/4 final

İspaniya yığması Fransa ilə üz-üzə - UEFA Millətlər Liqasında 1/4 final

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Beləliklə yarımfinal uğrunda görüşlərdə azarkeşlər İspaniya – Fransa, Norveç – İngiltərə, Niderland – Portuqaliya və Belçika – Almaniya qarşılaşmalarına şahidlik edəcəklər.

İlk oyunlar 2027-ci ilin 25–27 mart, cavab görüşləri isə 28–30 mart tarixlərində baş tutacaq.

"Dördlər finalı" (yarımfinal, 3-cü yer uğrunda oyun və final) 9–13 iyun 2027-ci il tarixlərində təşkil ediləcək.

Xatırladaq ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya yığması olub.