"İmişli" 5 nəfəri yola saldı
Yeni mövsümün hazırllıqlarına başlayan "İmişli" 5 futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, aranlılar Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla vidalaşıblar.
Əyalət təmsilçisi bu oyunçularla başa çatan müqaviləni yeniləməyib.


