"Sabah" və "Ordu" liderliyə yüksəldi

 "Sabah" və "Ordu" liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında 5-ci turun görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

Son çempion "Sabah" "Abşeron Layəns" üzərində qələbə qazanaraq (107:92) liderliyə yüksəlib.

"B" qrupunda isə "Ordu" "Lənkəran"ı məğlub edərək (91:76) zirvəyə qalxıb.

Turun digər qarşılaşmalarında "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" "Gəncə"ni (84:70), "Naxçıvan" "Quba"nı (86:78), "Neftçi" NTD-ni (99:71) əliboş yola salıb.