Azərbaycan Kubokunda 1/4 finalçıların hamısı məlum oldu
Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, bununla 1/4 finalın bütün cütləri müəyyənləşib.
Son olaraq NTD “Sumqayıt”ə məğlub (94:116) mübarizəni dayandırıb.
Beləliklə, fevralın 22-23-də keçiriləcək 1/4 final oyunlarında “Sabah” “Quba”, “Abşeron Lions” “Şəki”, “Gəncə” “Neftçi”, “Ordu” isə “Sumqayıt”la qarşılaşacaq.
