Son çempion Şəki səfərindən maksimum nəticə ilə qayıtdı
Azərbaycan Basketbol Liqasında (ABL) 8-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, A qrupunda yarışan son çempion "Sabah" Şəki səfərində qələbə qazanıb - 115:83.
Masazır təmsilçisinin ən yaxın izləyicisi "Abşeron Lions" isə NTD-ni məğlub edib - 102:87.
"Quba" "Sumqayıt"dan (107:90), "Ordu" "Sərhədçi"dən (100:64), "Gəncə" "Neftçi"dən (80:73), "Naxçıvan" isə "Lənkəran"dan (82:75) üstün olub.


