Çelenc Kubokunda 1/16 final: Bakıda polyaklara uduzdular

 Çelenc Kubokunda 1/16 final: Bakıda polyaklara uduzdular

Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinin ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Polşa təmsilçisi LKS-ni qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (13:25, 18:25, 22:25).

Tərəflər arasında cavab matçı gələn həftə Polşada olacaq.