Formula 1 üzrə Azərbaycan Qran-prisinin növbəti tarixi açıqlandı
Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 dünya çempionatının təqvimini açıqlayıb.
Bakı Şəhər Halqasından "Mediasport"a verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq.
Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq.
Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.
Qeyd edək ki, bu il də Azərbaycan Qran-prisi eyni tarixlərdə keçiriləcək.

