"Sabah"ın "Orhus"la səfər oyununun başlanma saatı müəyyənləşdi
"Sabah"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”la (Danimarka) səfər oyununun saatı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, avqustun 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Görüş Risskovda yerləşən 12 min tutumlu "Veylbi" stadionunda reallaşacaq.
Cavab matçı avqustun 11-də Bakıda keçiriləcək.


