Azərbaycan Kubokunda 1/8 final mərhələsinin proqramı açıqlandı

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb.

"Mediasport" xəbər verir ki, raund 3 oyun gününü əhatə edəcək.

Bir dueldən ibarət olacaq görüşlər "AzPFL" yutub kanalında və "CBC Sport"da canlı yayımlanacaq.


Azərbaycan Kuboku. 1/8 final


2 dekabr (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Turan Tovuz”

“SOCAR Polymer Arena”, 15:00

“Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 19:00


3 dekabr (çərşənbə)

“Şamaxı” – “Baku Sportinq”

Şamaxı şəhər stadionu, 14:00 (canlı / pfl.az)

“İmişli” – “Sabah”

Quba OİK stadionu, 14:00

“Qarabağ” – “Karvan-Yevlax”

“Azersun Arena”, 19:00


4 dekabr (cümə axşamı)

“Qəbələ” – “Şəfa”

Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Kəpəz”

“Liv Bona Dea Arena”, 19:00

“Difai” – “Sumqayıt”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00 (canlı / pfl.az)

Qeyd 1: “Şahdağ Qusar” klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından “Şahdağ Qusar” – “Turan Tovuz“ oyunu “Socar Polymer Arena”da baş tutacaq.

Qeyd 2: Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd 3: Azərbaycan Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.