"Şirvan" möhtəşəm qələbə ilə Azərbaycan 2-ci Liqasına çıxdı!

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşması baş tutub.
"Mediasport" xəbər verir ki, Bayıl stadionunda 2-ci Liqanın 13-cüsü ilə AFFA Region Liqasının finalçısı qarşılaşıb.
120 dəqiqə davam edən dramatik matçda 0:2 hesabı ilə uduzan "Şirvan" əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb.
Əsas vaxtı 2:2-yə daşıyan şirvanlılar əlavə vaxtda dəqiq penalti zərbəsi ilə adlarını 2-ci Liqaya yazdırıblar.
"Lerik" isə növbəti mövsüm AFFA Region Liqasında çıxış edəcək.
Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu
"Lerik" - "Şirvan" 2:2 əlavə vaxt - 0:1
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor Babək Quliyev
AFFA nümayəndəsi Emin Cəfərov