Yığmanın baş məşqçisi COVİD pasportunu saxta düzəltdirib

 Yığmanın baş məşqçisi COVİD pasportunu saxta düzəltdirib

Buzüstü hokkey üzrə İsveçrə milli komandasının baş məşqçisi Patrik Fişer COVİD pasportunu saxta düzəltdirib.

"Mediasport" xəbər verir ki, 51 yaşlı mütəxəssis özü etiraf edib.

O, saxtakarlığı 2022-ci ildə Çində keçirilmiş qış Olimpiya Oyunları öncəsi etdiklərini bildirib:

"Olimpiada üçün Pekinə yollanmazdan əvvəl pandemiyaya görə vaksinin vurulduğunu təsdiq edən sənəd hazırlanmalı idi. Lakin mənə vaksin vurulmadı. Sənəd elə-belə düzəldildi.

Çünki vaksin olunmaq istəmirdim.  Doğrudur, səhvə yol verdiyimi etiraf edirəm. Amma artıq cəzasını ödəmişəm".

51 yaşlı mütəxəssis saxta sənəd düzəltdirdiyi üçün 2023-cü ildə İsveçrə hökuməti tərəfindən 50 min dollar məbləğlində cərimə edilib.

İsveçrə hokkeyi tarixinin ən uğurlu siması 2015-ci ildən baş məşqçisi olduğu yığmanı 3 dəfə Olimpiya Oyunlarına çıxarıb.

İsveçrə millisi onun rəhbərliyi altında 3 dəfə dünya ikincisi olub.