"Sabah"ın sabiq üzvü "Xankəndi"də

"Sabah"ın sabiq üzvü "Xankəndi"də

Yeni mövsümdə futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Xankəndi" transfer çalışmalarına davam edir.

"Mediasport" xəbər verir ki, ötən mövsüm Region Liqasının qalibi olan klub Tural Qurbatovu heyətinə qatıb.

Hücumçu karyerası ərzində "Bakı", "Lokomotiv Biləcəri", "Rəvan", "Xəzər-Lənkəran", "Kəpəz", "Sabah", "Şüvəlan", "Füzuli" və "Şahdağ Qusar"da forma geyinib.