6-qat Azərbaycan çempionu “Sensi-26” liqasında yarışacaq

 6-qat Azərbaycan çempionu “Sensi-26” liqasında yarışacaq

Azərbaycan kikboksçusu Sürət Qarayev “Sensi-26” döyüş liqasında yarışacaq.

"Mediasport" xəbər verir ki, WAKO versiyası üzrə dünya çempionu 95 kq çəki dərəcəsində Oli Yves Rolandla (Fil Dişi Sahili) qarşılaşacaq.

Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq görüş mayın 17-də keçiriləcək.

Qeyd edək ki, kikboksinq üzrə Avropa çempionatı mükafatçısı Azərbaycanın boks millisində də yer alıb, 6 dəfə ölkə çempionu olub.