"Xankəndi" "Neftçi" və "Sumqayıt"ın sabiq futbolçularını transfer etdi

"Xankəndi" "Neftçi" və "Sumqayıt"ın sabiq futbolçularını transfer etdi

2025-26 mövsümünə hazırlığını davam etdirən AFFA Region Liqasının qalibi "Xankəndi" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu Azərbaycanın U-15, U-17, U-19, U-21 yığmalarında oynamış Pərviz Qaraxanovla 1 illik müqavilə imzalayıb.

Pərviz karyerası ərzində "Neftçi", "Səbail", "Qusar" klublarında çıxış edib.

Eyni zamanda, "Xankəndi" Türkiyə, Moldova, Estoniya, Litva və Nepal çempionatlarında top qovmuş Nurlan Novruzovu da heyətinə cəlb edib.

Nurlan karyerası ərzində Azərbaycanda "Bakı", "Sumqayıt", "Zirə" və "Səbail" kimi klubların da formasını geyinib.

Xatırladaq ki, "Xankəndi" yeni mövsümdə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq.