25-ci turun proqramı açıqlandı: İki matçda şimal derbisi olacaq

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 25-ci turun proqramı açıqlanıb.
"Mediasport" xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə keçiriləcək.
Oyunların 5-i Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Matçların hamısı 17:00-da başlanacaq.
Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni vaxtından əvvəl təmin ediblər.
Liqada əsas mübarizə 4-5-ci yerlər, həmçinin 10-cu pillədən aşağıda dayanan kollektivlər arasında davam edir.
Azərbaycan 2-ci Liqası. 25-ci tur
13 may (çərşənbə axşamı)
“Füzuli” - “Şəfa”
“ASK Arena”, (canlı // pfl.az)
“Şahdağ Qusar” - “Qusar”
Neftçi Futbol Mərkəzi, (IV meydança), (canlı // pfl.az)
“Ağdaş” - “Dinamo”
Ağdaş şəhər stadionu, (canlı // pfl.az)
“Göygöl” - “Kür-Araz”
Göygöl OİK stadionu
“Hypers Guba” - “Şimal”
Quba OİK stadionu, (canlı // pfl.az)
“Sheki City” - “Araz Saatlı”
Şəki şəhər stadionu
“Lerik” - “Şəmkir”
Lənkəran OİK stadionu, (canlı // pfl.az)