"Səbail"in yetirməsi "Xankəndi"də

 "Səbail"in yetirməsi "Xankəndi"də

2-ci liqada çempionluğa oynayan "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Zamir Mürsəlzadəni transfer edib.

18 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Gənc qolkiper "Səbail"in yetirməsidir və son olaraq "dənizçilər"in U-19 komandasında forma geyinib.

Çempionatda 39 xal toplayan "Xankəndi" "Qaradağ Lökbatan"la liderliyi bölüşür.