"Qarabağ" və "Sumqayıt"ın gənc futbolçuları 4 oyunluq cəza aldılar
AFFA İntizam Komitəsi "Qarabağ-2" və "Sumqayıt-2"nin futbolçularına ciddi cəza verib.
"Mediasport" xəbər verir ki, Əvəzedicilər Liqasının XI turunda "Sabah-2" ilə görüşün 74-cü dəqiqəsində "Qarabağ-2"nin futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Futbolçu bu səbəbdən futbolçu 4 oyunluq diskvalifikasiya edilib, klubu 1000 manat cərimə olunub.
"Sumqayıt-2"nin futbolçusu Ruslan Əliyev isə "Neftçi-2" ilə matçın 49-cu dəqiqəsində hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
İK ona da 4 oyunluq cəza, komandasına 700 manat cərimə kəsib.
