Üç şahmatçımız Qazaxıstanda keçiriləcək çempionata qatılacaq

Üç şahmatçımız Qazaxıstanda keçiriləcək çempionata qatılacaq

Azərbaycanın üç şahmatçısı Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının təşkilatçılığı ilə kişi və qadınlar arasında keçiriləcək çempionatda iştirak edəcək.

"Mediasport" xəbər verir ki, yarış noyabrın 20-28-də baş tutacaq.

7 ölkədən şahmatçıların mübarizə aparacağı turnir FİDE qaydalarına uyğun, 14 turdan ibarət dairəvi sistemlə (2 dövrə) təşkil olunacaq.

Azərbaycan kişi və qadınların yarışında müvafiq olaraq Nicat Abasov və Gövhər Beydullayeva ilə təmsil olunacaq.

Çempionat günlərində həm də veteranlar arasında yarış keçiriləcək. Burada Vüqar Bayramov gücünü sınayacaq.