"Şəfa" 4 yeni transfer etdi

 "Şəfa" 4 yeni transfer etdi

Premyer Liqaya yüksələn “Şəfa” növbəti transferlərini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb.

19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Ayxan, Elmar və Eltun ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan isə 1 illik sözləşməyə imza atıb.