"Sabah" Masazırda "Borussiya" ilə qarşılaşır - UEFA Gənclər Liqası

"Sabah" Masazırda "Borussiya" ilə qarşılaşır - UEFA Gənclər Liqası

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu kollektiv 3-cü tur çərçivəsində "Borusiya" Dortmundlu həmyaşıdları ilə qarşılaşacaq.

Masazır stadionunda baş tutacaq görüş saat 15:00-da start götürəcək.

Matçı FİFA referisi Giorgi Avazaşvilinin rəhbərliyində gürcü hakimlər idarə edəcəklər.

Xatırladaq ki, komandamız ilk iki turda "Mançester Yunayted" (0:5, İngiltərə) və "Slaviya"ya (0:3, Çexiya) məğlub olub.

Almaniya klubu isə "Budö-Qlimt"ə (5:0, Norveç) qalib gəlib, "Vilyarreal"a (2:3, İspaniya) uduzub.