"Sabah" Ukrayna klubu ilə qarşılaşır

  "Sabah" Ukrayna klubu ilə qarşılaşır

"Sabah" bu gün Avstriyada növbəti yoxlama oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu "Polessye" (Ukrayna) ilə qarşılaşacaq.

Duel Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

"Bayquşlar" Tirolda baş tutan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyunlarında "Ferensvaroş" və "Universitatya Krayova" ilə 1:1 hesablı heç-heçə edib.