"Rəqibin böyükhesablı qələbə qazanacağını düşünənlər var idi"

"Matçdan əvvəl “Benfika” tərəfinin açıqlamalarına baxanda hiss edirdik ki, rəqibin böyükhesablı qələbə qazanacağını düşünənlər var idi. Amma bu, futboldur. Müasir futbolda hər bir komanda digərinə qalib gələ bilir. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Ağdam klubunun müdafiəçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Portuqaliya səfərində "Benfika" üzərində qazanılan 3:2 hesablı tarixi qələbəni şərh edib:
"Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda görüş haqda nikbin olduğumuzu bir-birimizə bildirirdik. Meydanda sona qədər inamımızı qoruduq və qələbəmizi qazandıq".