Millimiz VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı
Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Mediasport" xəbər verir ki, qılıncoynadanlarımız finalda Özbəkistan yığması ilə qarşılaşıblar.
Gərgin keçən görüşdə 45:43 hesablı qələbə əldə edən yığmamız qızıl medal qazanıb.
Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqaçılar komandamız isə İslamiadanı bürünc mükafatla başa vurublar.
