"Şəfa" Küveyt klubunu məğlub etdi

  "Şəfa" Küveyt klubunu məğlub etdi

"Şəfa" təlim-məşq toplanışının son oyunu çərçivəsində "Əl-Yarmuk"la (Küveyt) qarşılaşıb.

"Mediasport" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş matçda 1-ci Liqa klubu 2:1 hesablı qələbə qazanıb.

"Şəfa" buna qədər keçirilən yoxlama oyunlarında MOİK-i üstələyib (1:0), "Şamaxı" ilə heç-heçə edib (1:1).