Bağırov 1-ci Liqa komandasının baş məşqçisi təyin edildi - RƏSMİ

Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən "Difai" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Ağsu təmsilçisini Araz Bağırov çalışdıracaq.
43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Araz Bağırov son olaraq "Kəpəz"də qardaşı olan baş məşqçi Azər Bağırovun köməkçisi kimi fəaliyyət göstərib.