Bu komanda yeni mövsümdə də 1-ci Liqada mübarizə aparacaq

Bu komanda yeni mövsümdə də 1-ci Liqada mübarizə aparacaq

Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" komandaları arasında pley-off matçı baş tutub.

"Mediasport" xəbər verir ki, Bayıl stadionunda keçirilən görüşdə 2-ci Liqa təmsilçisi "Hypers Quba"nı məğlub edən "Difai" inamlı qələbə ilə liqada yerini qoruyub.


Azərbaycan 1-ci Liqası uğrunda pley-off oyunu


"Difai" - "Hypers Guba" 3:1

Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3.

Baş hakim: Elşin Məsiyev

Yan xətt hakimləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Tural Qurbanov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov