Sərxan Hacıyevdən xəbərdarlıq: "Bu əməllərə əl atanlar bilsinlər ki..."

"Ötən il "Qarabağ" "qızıl dubl" etdi. "Zirə" və "Sabah" tarixlərində ikinci dəfə medalçılar sırasına düşdülər. Hər üç komanda avrokuboklarda iştirak etdi və müəyyən nəticələr əldə etdilər".
"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
"Qarabağ"ın uğurlarından danışan qurum rəsmisi bu gün keçirilən AFFA-nın Hesabat Konfransında danışılmış oyunlarla bağlı məsələnin də ciddi nəzarətdə saxlanıldığını bildirib:
"Bütün dünyada problem danışılmış oyunlardır. Məsələni ciddi nəzarətdə saxlayırıq. Bu əməllərə əl atanlar bilsinlər ki, məsələni ciddi nəzarətdə saxlayırıq. Hər kəsi danışılmış oyunlardan çəkinməyə dəvət edirik.
AFFA bir sıra tanınmış brendlərlə sponsorluq müqaviləsinə imza atıb. Futbol ailəsinə qoşulan sponsorlara minnətdarıq. Əminik ki, bu cür işlərdən həm biz,sponsorlar müsbət nəticə əldə edək".