Elçin Məsiyev Avropa Liqasında "Frayburq"un oyununu idarə edəcək

 Elçin Məsiyev Avropa Liqasında "Frayburq"un oyununu idarə edəcək

Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"Mediasport" xəbər verir ki, FİFA referisi dekabrın 11-də 6-cı tur çərçivəsində Almaniyada keçiriləcək - "Frayburq" - "Zalsburq" (Avstriya) oyununun baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.